Fransanın “Nitsa” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Kristof Qaltye ilə yollarını ayırıb.
Sözügedən mütəxəssisin bundan sonra PSJ-yə rəhbərlik edəcəyi gözlənilir. Paris klubu hətta buna görə “Nitsa”ya təzminat da ödəyəcək. PSJ-nin indiki baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırmasından sonra Qaltye ilə rəsmi müqavilə bağlanılacaq.
Qaltye 2021-ci ilin iyunundan “Nitsa”ya rəhbərlik edirdi.
“Nitsa”nın yeni baş məşqçisi də artıq bəlli olub. Sözügedən komandanın "sükan"ı bundan sonra Lüsyen Favreyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
İsveçrəli çalışdırıcı daha öncə də “Nitsa”ya rəhbərlik edib. O, 2016-2018-ci illər aralığında sözügedən komandanın baş məşqçisi olub.