28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'dən ayrılan futbolçu Qəbələ'nin təklifini qəbul etmədi


  • Transfer
  • 16:01 28.06.2022
  • Oxunma sayı: 96
Neftçi'dən ayrılan futbolçu Qəbələ'nin təklifini qəbul etmədi

"Qəbələ" ötən gün "Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Ramon Maçadoya təklif göndərib.

Corner.az xəbər verir ki, bu barədə əyalət klubunun baş meneceri Nail Kərimov məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu təklifə müsbət yanaşmayıb: "Böyük ehtimalla, məsələ bağlanıb. Maraqlandığımız digər oyunçular var. Amma hələlik konkret bir şey yoxdur".

Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub. (report)







Transfer