6 aprel 2026. Bazar ertəsi

Zaqreb Dinamo'su iki futbolçusunu satdı


  • Transfer
  • 16:07 28.06.2022
  • Oxunma sayı: 107
Zaqreb Dinamo'su iki futbolçusunu satdı
Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu iki futbolçusu ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Zaqreb təmsilçisi müdafiəçisi Bartol Franiçi Almaniyanın “Volfsburq” klubuna satıb.
 
22 yaşlı futbolçu artıq Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
 
Xorvatiyanın U-21 yığmasında 10 oyunda 1 qol vurmuş Franiç, “Dinamo”nun öz yetirməsi idi. O, 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Müdafiəçi bu komandada 82 oyunda 1 qolla yadda qalıb.
 
“Dinamo” gənc yarımmüdafiəçisi Tomislav Duvnyakı da “İstra 1961” klubuna satıb. 19 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi