6 aprel 2026. Bazar ertəsi

Turan Tovuz'dan növbəti transfer - YENİLƏNİB


  • Transfer
  • 16:32 28.06.2022
  • Oxunma sayı: 167
Turan Tovuz'dan növbəti transfer - YENİLƏNİB

"Turan Tovuz" növbəti transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi müdafiəçi Tərlan Quliyevi transfer edib.

Milli komandada da çıxış etmiş 30 yaşlı oyunçu ilə imzalanmış müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, Tərlan Quliyevin son klubu "Şamaxı" olub.

****

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz"  növbəti transferini gerçəkləşdirib.

Klubun Mətbuat xidmətindən Corner.az-a verilən məlumata görə, Tovuz təmsilçisi qapıçı Tərlan Əhmədlini heyətinə qatıb.

28 yaşlı qolkiper ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tərlan Əhmədlinin son klubu "Sumqayıt" olub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi