6 aprel 2026. Bazar ertəsi

Mançester Siti'dən ayrılan Fernandinyo sabiq klubuna qayıtdı


  • Transfer
  • 21:37 28.06.2022
  • Oxunma sayı: 125
Mançester Siti'dən ayrılan Fernandinyo sabiq klubuna qayıtdı
Braziliya yığmasının sabiq üzvü Fernandinyo İngiltərənin “Mançester Siti” klubundan ayrılıb. Corner.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bundan sonra karyerasını vətənində davam etdirəcək.
 
"Sambaçı" keçmiş klubu “Atletiko Paranaense” ilə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni klubunda 5 nömrəli formada çıxış edəcək.
 
Fernandinyo peşəkar karyerasına məhz yetirməsi olduğu “Atletiko Paranaense”də başlayıb. O, 2005-ci ildə bu klubdan ayrılaraq Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına, bu komandadan da 2013-cü ildə “Mançester Siti”yə transfer olunmuşdu.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi