28 oktyabr 2024. Bazar ertəsi

Real və PSJ-nin sabiq üzvü Super Liqa klubunda


  • Transfer
  • 10:15 29.06.2022
  • Oxunma sayı: 99
Real və PSJ-nin sabiq üzvü Super Liqa klubunda
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa klubu “Real” və PSJ-nin sabiq hücumçusu Xese Rodriqesi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
 
Madrid “Real”ının yetirməsi olan Xese, bu komandada 5 il çıxış etdikdən sonra 25 milyon avroya PSJ-yə transfer olunmuşdu. İspaniyalı futbolçunun sonuncu komandası “Las Palmas” olub.






Transfer