6 aprel 2026. Bazar ertəsi

Mançester Yunayted 19 yaşlı iraqlı ilə müqavilə bağladı


  • Transfer
  • 10:21 29.06.2022
  • Oxunma sayı: 124
Mançester Yunayted 19 yaşlı iraqlı ilə müqavilə bağladı

Futbol üzrə İraq millisinin üzvü Zidan İkbal "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb.

Corner.az xəbər verir ki, Z.İkbal Mançester təmsilçisinin heyətində çıxış edən ilk cənubi asiyalı futbolçudur. Yarımmüdafiəçi ilə 2025-ci ilin iyun ayınadək razılıq əldə olunub.

İkbal  "Mançester Yunayted"in heyətində ötən il Çempionlar Liqası çərçivəsində İsveçrənin "Yanq boyz" klubu ilə oyunda debüt edib. 

 İraqlı yarımmüdafiəçi "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasında hələ çıxış etməyib.

Qeyd edək ki, 19 yaşlı futbolçu İraq millisinin heyətində iki dəfə meydana çıxıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi