- Transfer
- 00:11 06.04.2026
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan futbolçu Fernan Lopes Kiprin "Enosis" komandasına keçib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, ispaniyalı futbolçu ötən ilin oktyabrında "Qəbələ"yə transfer olmuşdu. O, daha əvvəl 2019/2020 mövsümündə də Qəbələ"nin formasını geyinib.