17 aprel 2026. Cümə

Qarabağ'ın rəqibi portuqaliyalı futbolçu ilə gücləndi


  • Transfer
  • 17:30 29.06.2022
  • Oxunma sayı: 136
Qarabağ'ın rəqibi portuqaliyalı futbolçu ilə gücləndi
“Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" (Poznan) heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Polşa çempionu Portuqaliyanın “Belenenseş” klubundan Afonso Souzanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  22 yaşlı yarımmüdafiəçi bu gün texniki müayinədən keçdikdən sonra 4 illik müqaviləyə imza atacaq.
 
Afonso “Portu”nun yetirməsidir. Portuqaliyalı oyunçu, 2020-ci ildən “Belenenseş”in uğurları üçün çalışırdı. Lissabon təmsilçisində 68 oyun keçirmiş futbolçu, bu görüşlərdə 5 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
“Qarabağ" "Lex"ə qarşı qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.






Transfer