13 may 2026. Çərşənbə

Lukaku yenidən İnter'də


  • Transfer
  • 00:33 30.06.2022
  • Oxunma sayı: 136
Lukaku yenidən İnter'də
"Çelsi"nin futbolçusu Romelu Lukaku yenidən "İnter"ə qayıdıb. Corner.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Zadəganlar" 29 yaşlı hücumçunu 1 illik İtaliya təmsilçisinə icarəyə verib.
 
"İnter" bu keçidə görə 8 milyon avro ödəyəcək. Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub. Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.
 
Bildirək ki, Lukaku 2019-2021-ci illərdə də "İnter"də oynayıb. O, ötən yay 115 milyon avroya "Çelsi"yə satılıb.






Transfer