“Monako” iki futbolçusu ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, knyazlıq klubu müdafiəçisi Strahinya Pavloviç və hücumçusu Pyetro Pelleqri ilə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Pavloviç Avstriya çempionu “Zalsburq”a transfer olunub. 21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Serbiya yığmasının üzvü , 2020-ci ildən “Monako”da çıxış edirdi. “Monako”da cəmi 12 oyuna çıxmış futbolçu, Serbiya yığmasında da 20 matça çıxıb.
Pyetro Pelleqri isə İtaliyanın “Torino” klubuna keçib. 21 yaşlı futbolçunun bu klubla müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb. İtalyan futbolçu, “Monako”ya 2018-ci ildə transfer edilmişdi. Pelleqri “Monako”da da 23 oyuna çıxıb, 2 qol vurub.