Fransanın “Lill” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisinin "sükan"ı bundan sonra Paulo Fonseka tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Portuqaliyalı mütəxəssis bu postda bir müddət öncə istefaya göndərilmiş Joslen Qurvenneki əvəz edib. Portuqaliyalı məşqçinin sonuncu iş yeri isə İtaliyanın “Roma” komandası olub.