- Transfer
- 22:01 12.05.2026
İtaliyanın "Yuventus" klubu futbolçusu Paulo Dibala ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti artırılmayıb.
Turin təmsilçisi xidmətlərinə görə argentinalı oyunçuya təşəkkür edib.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"da çıxış edirdi.