28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'nin rəqibi afrikalı vingerlə müqavilə bağladı


  • Transfer
  • 12:57 30.06.2022
  • Oxunma sayı: 95
Neftçi'nin rəqibi afrikalı vingerlə müqavilə bağladı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i növbəti transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi seneqallı futbolçu Yannik Qomisi heyətinə qatıb. 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Afrikalı vingerin son klubu Fransa "Genqam"ı olub.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.







Transfer