28 oktyabr 2024. Bazar ertəsi

Lex Qarabağ'la oyundan öncə milli üzvü ilə gücləndi


  • Transfer
  • 14:01 30.06.2022
  • Oxunma sayı: 90
Lex Qarabağ'la oyundan öncə milli üzvü ilə gücləndi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.

Corner.az xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.

Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən sonra rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.







Transfer