5 iyul 2026. Bazar günü

Yuventus daha 2 futbolçusu ilə vidalaşdı


  • Transfer
  • 14:19 30.06.2022
  • Oxunma sayı: 154
Yuventus daha 2 futbolçusu ilə vidalaşdı

İtaliyanın "Yuventus" klubu daha 2 futbolçusu ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı hücumameylli yarımmüdafiəçi Federiko Bernardeski və ispaniyalı hücumçu Alvaro Morato ilə başa çatan müqavilələr uzadılmayıb.

28 yaşlı futbolçu 2017-ci ildən, 30 yaşlı futbolçu isə son 2 mövsümü icarə əsasında Turin təmsilçisinin formasını geyinirdi. Morato, müqavilə ilə ölkəsinin "Atletiko" (Madrid) komandasına məxsusdur.

Qeyd edək ki, "Yuventus" daha əvvəl Argentina millisinin hücumçusu Paulo Dibala ilə vidalaşdığını açıqlayıb.







Transfer