28 oktyabr 2024. Bazar ertəsi

Qalatasaray 6 legioneri ilə yollarını ayırır


  • Transfer
  • 16:25 30.06.2022
  • Oxunma sayı: 106
Qalatasaray 6 legioneri ilə yollarını ayırır

Türkiyənin "Qalatasaray" klubu 6 legioneri ilə yolları ayırmağa hazırlaşır.

Corner.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Saşa Buy, Cessi Sekidika, Olimpiu Morutsan, Kristian Luyindama, Markao və Mbaye Dianye ilə yollarını ayıracaq.

Komandanın yeni baş məşqçisi Okan Buruk sözügedən oyunçuları yeni mövsümdə heyətdə düşünmür. Əvəzində, "sarı-qırmızı"ların 7 əcnəbi futbolçu transfer edəcəyi gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" Okan Burukla 2 illik müqavilə imzalayıb.







Transfer