28 oktyabr 2024. Bazar ertəsi

Qarabağ Ovusu üçün Türkiyə klubundan 300 min avro istəyir


  • Transfer
  • 16:58 30.06.2022
  • Oxunma sayı: 88
Qarabağ Ovusu üçün Türkiyə klubundan 300 min avro istəyir
“Qarabağ” klubu hücumçusu Ovusu Kvabenanı satmaq niyyətindədir. Corner.az xəbər verir ki, Ağdam klubununn qanalı futbolçu üçün tələb etdiyi məbləğ də müəyyənləşib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
“Köhlən atlar” “Sakaryaspor”un maraq dairəsində olan Ovusunun keçidi ilə bağlı 300 min avro  istəyir.
 
Xəbərdə bildirilib ki, Türkiyənin 1-ci liqasına yüksələn “Sakaryaspor” ötən mövsümü icarə əsasında “Ankaragücü”də keçirən Ovusu üçün “Qarabağ”la danışıq aparır.
 
Ovusu hazırda “Qarabağ”ın düşərgəsindədir. O, ötən mövsüm “Ankaragücü”nün heyətində 23 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.






Transfer