6 aprel 2026. Bazar ertəsi

Lokomotiv Moskva klubunda yeni baş məşqçi


  • Transfer
  • 19:47 30.06.2022
  • Oxunma sayı: 102
Lokomotiv Moskva klubunda yeni baş məşqçi
Rusiyanın “Lokomotiv” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Moskva təmsilçisininin "sükan"ı Yozef Tsinnbauerə həvalə olunub .
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu təyinat formal xarakter daşıyır. Belə ki, baş məşqçi funksiyasını faktiki olaraq, Marvin Kompper yerinə yetirəcək. Lakin Kompperin bu vəzifədə rəsmən çalışmaq üçün lazımi lisenziyası yoxdur.
 
Yozef Tsinnbauer bu təyinatadək Almaniyanın "Hamburq", İsveçrənin "Sankt Qallen" və CAR-ın "Orlando Payrets" komandalarının sükanı arxasında olub. 42 yaşlı almaniyalı mütəxəssis "Orlando Payrets"lə iki dəfə ölkə çempionatının bürünc medalını qazanıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi