28 oktyabr 2024. Bazar ertəsi

Zirə'nin rəqibi Seltik'in futbolçusunu transfer etdi


  • Transfer
  • 22:50 30.06.2022
  • Oxunma sayı: 89
Zirə'nin rəqibi Seltik'in futbolçusunu transfer etdi
"Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi “Makkabi” (Təl-Əviv) heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Şotlandiyanın “Seltik” komandasının yarımmüdafiəçisi Nir Bittonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Nir Bitton peşəkar kayrerasına İsrailin “Aşdod” komandasında başlayıb. 2013-cü ildən isə müdafiəçi “Seltik”də çıxış edirdi. Təcrübəli futbolçu Şotlandiya klubunun heyətində bütövlükdə 245 matça çıxıb, 13 qol vurub. İsrail yığmasının üzvü , millidə 39 oyuna çıxıb, 3 qol vurub.
 
Xatırladaq ki, “Makkabi” ilə “Zirə” arasındakı ilk oyun iyulun 21-də Bakıda, cavab görüşü isə bir həftə sonra İsraildə keçiriləcək.






Transfer