28 oktyabr 2024. Bazar ertəsi

Valeri Karpinlə 4 illik müqavilə


  • Transfer
  • 10:19 01.07.2022
  • Oxunma sayı: 76
Valeri Karpinlə 4 illik müqavilə
Rusiyanın “Rostov” klubu əsas komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayına qədərdir.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Karpinin köməkçilərindən olan Viktor Onopko ilə də 4 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
Karpin 4.5 ildir “Rostov”a rəhbərlik edir. O, həm də Rusiya millisinin baş məşqçisidir. “Rostov" Rusiya Premyer Liqasında ötən mövsümü 9-cu pillədə başa vurub.






Transfer