6 aprel 2026. Bazar ertəsi

Atletiko xorvatiyalı futbolçu ilə yollarını ayırdı


  • Transfer
  • 10:24 01.07.2022
  • Oxunma sayı: 103
Atletiko xorvatiyalı futbolçu ilə yollarını ayırdı
İspaniyanın “Atletiko” klubu müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xorvatiyalı futbolçunun müddəti bitən müqaviləsini yeniləməyə ehtiyac duyulmayıb. Madrid klubu 30 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
 
Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. Xorvatiya yığmasının da üzvü olan müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi