28 oktyabr 2024. Bazar ertəsi

Portu'nun futbolçusu rəsmən PSJ'də


  • Transfer
  • 10:36 01.07.2022
  • Oxunma sayı: 87
Portu'nun futbolçusu rəsmən PSJ'də

 Fransanın PSJ klubu Portuqaliyanın "Portu" klubunun futbolçusu Vitinyanı transfer edib.

Corner.az-ın Paris klubunun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Onun transferinin paytaxt təmsilçisinə 40 milyon avroya başa gəldiyi bildirilir.

"Portu"nun yetirməsi olan Vitinyanın 2024-cü ilin iyununadək müqaviləsi var idi. O, 2021/2022 mövsümündə İngiltərə "Vulverhempton"unda çıxış edib. Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 47 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.







Transfer