- Transfer
- 23:52 20.12.2025
İngiltərənin "Tottenhem" klubu yeni transferini gerçəkləşdirib.
Corner.az xəbər verir ki, London təmsilçisi "Everton"un braziliyalı hücumçusu Riçarlison 2027-ci ilə qədər müqavilə imzalayıb.
"Tottenhem" 25 yaşlı futbolçu üçün qarşı tərəfə bonuslarla daxil olmaqla 60 milyon sterlinq ödəyəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü ötən mövsüm "Everton"da 33 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə edib.