“Rayo Valyekano”nun qapıçısı Luka Zidan klubu tərk edib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı qolkiperin müqaviləsi iyunun 30-da başa çatıb.
Zidan “Rayo Valyekano”ya 2021-ci ilin yayında azad agent kimi keçib. “Real”ın da yetirməsi olan fransalı oyunçu ötən mövsüm 13 oyun keçirib, 17 qol buraxıb və iki dəfə qapısını toxunulmaz saxlayıb.
Bildirək ki, Luka Zinəddin Zidanın oğludur.