- Transfer
- 23:52 20.12.2025
Almaniyanın "Bavariya" klubundan ayrılan futbolçu Korentin Tolissonun yeni klubu müəyyənləşib.
Corner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Fransa "Lion"u ilə 5 illik müqavilə imzalayıb.
Fransa millisinin üzvü 2017-ci ilin yayında məhz bu klubdan Münhen təmsilçisinə keçib. Oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.