5 dekabr 2025. Cümə

"Fənərbaxça" İrandan 17 yaşlı futbolçu aldı


  • Transfer
  • 13:41 04.05.2019
  • Oxunma sayı: 707
"Fənərbaxça" İrandan 17 yaşlı futbolçu aldı

"Fənərbaxça" yeni mövsüm üçün ilk transfer gerçəkləşdirib.

Corner.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi İranın 1-ci liqa təmsilçisi "İstiqlal"ın futbolçusu Allahyar Sayyadmaneshi heyətinə qatıb.17 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

İran klubunun nümayəndəsi İsmayıl Halilzadə gənc futbolçunu "Fənərbaxça"ya satdıqlarını təsdiqləyib: "Onu "Fənərbaxça"ya 850 min avroya satdıq.O, mövsümün sonu komandadan ayrılacaq".

Qeyd edək ki, A.Sayyadmanesh "The Guardian"nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.

Əlavə edək ki, gənc hücumçu bu mövsüm çıxdığı 17 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.







Transfer