6 aprel 2026. Bazar ertəsi

Almaniya klubundan Mançester Siti'yə


  • Transfer
  • 18:27 01.07.2022
  • Oxunma sayı: 110
Almaniya klubundan Mançester Siti'yə
"Arminiya”nın sabiq qapıçısı Orteqa Moreno “Mançester Siti” ilə müqavilə imzalayıb. Corner.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper dünən, “Arminiya” ilə müqaviləsi başa çatdığı üçün azad agent kimi “şəhərlilər"ə keçib. Alman oyunçu, bu keçidin fantastik addım olduğunu deyib:
 
“Bu, mənim üçün fantastik karyera addımıdır. “Mançester Siti” heyrətamiz komandadır, hər mənada dünya səviyyəli komandadır. Ən qısa zamanda bu komandaya qoşulmaq və klubun uğurlarında iştirak etmək şansı qazanmağı xəyal edirəm. Komanda yoldaşlarımla görüşmək, həmçinin baş məşqçi Pep Qvardiola və onun heyəti ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”.
 
Orteqa “Arminiya”nın heyətində 220 oyun keçirib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi