17 aprel 2026. Cümə

De Yonqun yeni klubu bəlli oldu


  • Transfer
  • 09:52 02.07.2022
  • Oxunma sayı: 121
De Yonqun yeni klubu bəlli oldu

Ötən mövsüm icarə əsasında İspaniyanın "Barselona" klubunda çıxış edən "Sevilya"nın futbolçusu Lük de Yonqun yeni klubu bəlli olub.

Corner.az-ın məlumatına görə, 31  yaşlı hücumçu Niderlandın PSV klubunun uğurları üçün çalışacaq.

Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Lük de Yonq 2014 - 2019-cu illərdə də PSV-nin formasını geyinib.







Transfer