17 aprel 2026. Cümə

İnter'dən 2 transfer


  • Transfer
  • 09:55 02.07.2022
  • Oxunma sayı: 155
İnter'dən 2 transfer
İtaliyanın “İnter” klubu heyətini 2 futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Milan təmsilçisi “Ayaks"ın qapıçısı Andre Onananı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Kamerunlu qolkiperlə 5 illik müqavilə imzalanıb. İtaliya klubu bu transfer üçün təzminat ödəməyib. 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.
 
“İnter” Onana ilə yanaşı, Albaniya yığmasının yarımmüdafiəçisi Kristyan Asllanini də heyətinə qatıb. İtaliyanın digər klubu “Empoli”dən transfer olunan 20 yaşlı futbolçu üçün 14 milyon avro ödənilib. Gənc yarımmüdafiəçi Milan klubunda 14 nömrəli formada çıxış edəcək.
 






Transfer