- Transfer
- 00:12 29.11.2024
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu futbolçusu Tal Ben Haim ilə yollarını ayırıb.
Corner.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.
2020-ci ildə komandaya qayıdan israilli futbolçu 2013 - 2017-i illərdə də "Makkabi"nin formasını geyinib. Təcrübəli oyunçu Tel-Əviv klubu ilə 6 titul qazanıb. Ben Haim bu müddətdə 255 oyuna çıxıb və 56 qol vurub.
Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.