6 aprel 2026. Bazar ertəsi

Milan'da iki yeni müqavilə


  • Transfer
  • 12:16 02.07.2022
  • Oxunma sayı: 128
Milan'da iki yeni müqavilə
İtaliyanın “Milan” klubu ötən mövsümün əvvəlində “Roma”dan icarəyə götürdüyü Alessandro Florensinin transfer hüquqlarını alıb. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
 
31 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə imzalanıb. İtaliyalı futbolçu, yeni mövsümdən 25 nömrəli forma ilə çıxış edəcək. O, geridə qalan mövsümdə “Milan”ın heyətində 30 oyuna 2 qol vurub.
 
“Milan” qapıçısı Antonio Mirante ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Yeni müqaviləyə əsasən 38 yaşlı qapıçı, 2023-cü ilin yayına qədər bu komandanın uğurları üçün çalışacaq.

İtaliyalı qolkiper 2021-ci ilin oktyabrından “Milan”da çıxış edir.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi