6 aprel 2026. Bazar ertəsi

Zirə'nin rəqibi Seltik'dən ayrılan futbolçu ilə gücləndi


  • Transfer
  • 12:27 02.07.2022
  • Oxunma sayı: 116
Zirə'nin rəqibi Seltik'dən ayrılan futbolçu ilə gücləndi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu yeni transferini açıqlayıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Şotlandiya "Seltik"ində çıxış edən yarımmüdafiəçi Nir Bittonu heyətinə qatıb.

İsrail millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi