28 oktyabr 2024. Bazar ertəsi

Atletiko'dan ayrılan futbolçu Yunanıstan klubunda


  • Transfer
  • 20:58 02.07.2022
  • Oxunma sayı: 77
Atletiko'dan ayrılan futbolçu Yunanıstan klubunda
İspaniyanın Madrid “Atletiko”sundan ayrılan Şime Vrsalkonun yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını “Olimpiakos”da davam etdirəcək.
 
Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Vrsalko yeni komandasına azad agent kimi keçib.
 
Vrsalko ötən mövsüm Madrid klubunda 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
 
O, əvəllər Zaqreb “Dinamo”su, “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.
 
Vrsalko 2018-ci ildə Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.






Transfer