28 oktyabr 2024. Bazar ertəsi

Beşiktaş sabiq futbolçusu ilə müqavilə imzaladı


  • Transfer
  • 21:45 02.07.2022
  • Oxunma sayı: 91
Beşiktaş sabiq futbolçusu ilə müqavilə imzaladı
"Beşiktaş” növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, İstanbul klubu sabiq futbolçusu Cenk Tosunu heyətinə qatıb.
 
Bir neçə gün öncə İngiltərənin “Everton” klubundan ayrılan 31 yaşlı futbolçu bu gün "qara qartal"lar ilə 1+1 illik müqavilə bağlayıb.
 
Xatırladaq ki, Cenk Tosun “Everton”a 2018-ci ilin yanvarında məhz “Beşiktaş”dan transfer edilmişdi. Türkiyə millisinin üzvü 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”a, ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilmişdi.






Transfer