28 oktyabr 2024. Bazar ertəsi

Arturo Vidal üçün Boka Xuniors variantı


  • Transfer
  • 23:23 02.07.2022
  • Oxunma sayı: 89
Arturo Vidal üçün Boka Xuniors variantı

"İnter”in  futbolçusu Arturo Vidal Argentinanın “Boka Xuniors” klubuna keçə bilər.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Buenos-Ayres klubu 35 yaşlı yarımmüdafiəçiyə 2023-cü ilin dekabrına qədər müqavilə təklif edib.

Xəbərdə, təcrübəli futbolçu bu yay Milan klubunu tərk edəcək və “Boka Xuniors” rəhbərliyi hazırda onu komandanın bir hissəsi olmağa razı salmağa çalışdığı vurğulanıb.

Çili millisinin üzvünün “İnter”lə müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Bundan əvvəl Braziliyanın “Flamenqo” və Qətərin “Ər Rayyan” klublarının da Vidala maraq göstərdiyi bildirilirdi.

Vidal 2021/2022 mövsümündə “İnter”in heyətində 40 oyun keçirib və 2 qol vurub.







Transfer