28 oktyabr 2024. Bazar ertəsi

Beşiktaş'da növbəti ayrılıq


  • Transfer
  • 12:56 03.07.2022
  • Oxunma sayı: 91
Beşiktaş'da növbəti ayrılıq
Türkiyənin “Beşiktaş” klubunda növbəti ayrılıq reallaşıb. Corner.az xəbər verir ki, Kanada yığmasının hücumçusu Kayl Larin İstanbul təmsilçisindən ayrıldığını açıqlayıb.
 
Klubla müqaviləsinin müddəti bitən 27 yaşlı futbolçu bu barədə sosial hesabında yazıb və hər kəslə vidalaşıb.
 
Larin 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi dörd mövsüm ərzində 108 oyuna çıxıb, 39 qola imza atıb.
 
“Qara-qartallar” ötən gün braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyra ilə də yollarını ayırdıqlarını açıqlamışdılar. 






Transfer