- Transfer
- 23:52 20.12.2025
"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı müdafiəçisi Stopira ilə müqavilənin müddətini uzadıb.
Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kabo-Verde millisinin üzvü ilə 1 illik yeni sözləşmə imzalanıb.
34 yaşlı oyunçu 2012-ci ildən bu komandanın uğurları üçün çalışır.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.