"Arsenal” “Mançester Siti”nin hücumçusu Qabriel Jezusla keçidini rəsmiləşdirib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu yeni klubu ilə uzunmüddətli müqaviləyə imza atıb.
Daha əvvəl bildirilmişdi ki, “topçular” brazilyalı futbolçu üçün 45 milyon funt-sterlinq ödəyəcək, müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər olacaq.
Jezus 2021/22 il mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. O, 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi.