“Neftçi” İsraildən daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır. Corner.az “one.co.il” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” İsrailin “Aşdod” klubunda çıxış edən Fares Abu Akelin xidmətində maraqlıdır.
25 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir.
“Neftçi” daha əvvəl İsrail klublarından Ataa Caber, Kenni Sayef (hər ikisi “Aşdod”) və Qodsvey Donyonu (“Makkabi”, Hayfa) transfer edib.