28 oktyabr 2024. Bazar ertəsi

Qəbələ'nin rəqibi Real Sosyedad’ın futbolçusu ilə gücləndi


  • Transfer
  • 19:28 04.07.2022
  • Oxunma sayı: 97
Qəbələ'nin rəqibi Real Sosyedad’ın futbolçusu ilə gücləndi
"Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Macarıstan təmsilçisi İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Peter Pokornını icarəyə götürüb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
Pokornı peşəkar karyerasına “Liferinq”də başlayıb. 2019-cu ildə “Zalsburq” tərəfindən transfer olunan dayaq yarımmüdafiəçisi Avstriyada “Sankt Polten”in də uğurları üçün çalışıb. 2021-ci ildə isə “Zalsburq” Slovakiyanın U-21 yığmasının üzvünü “Real Sosyedad”a satıb.
 
“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə 1 həftə sonra evdə baş tutacaq.






Transfer