28 oktyabr 2024. Bazar ertəsi

Millinin sabiq üzvü klubu ilə yeni müqavilə bağladı


  • Transfer
  • 10:52 05.07.2022
  • Oxunma sayı: 82
Millinin sabiq üzvü klubu ilə yeni müqavilə bağladı
İngiltərənin “Aston Villa” klubu müdafiəçisi Eşli Yanqla müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb.
 
Eşli 2021-ci ilin iyun ayından “Aston Villa”da çıxış edir. O, ötən mövsüm Birmingem təmsilçisində ümumilikdə 25 matça çıxıb və 2 məhsuldar ötürmə edib. Eşli  2007-2011-ci illər aralığında da bu klubda çıxış edib.
 
 “Aston Villa” xorvatiyalı qapıçısı Lovre Kaliniçi Xorvatiyanın “Hayduk” (Split) klubuna birdəfəlik satdığını da bəyan edib. 32 yaşlı futbolçu ötən ilin iyulunda sözügedən kluba icarəyə verilmişdi. Lakin bu yay “Hayduk” futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Kaliniç, 2018-ci ildən “Aston Villa”da çıxış edirdi.






Transfer