28 oktyabr 2024. Bazar ertəsi

Misir millisinin üzvü Trabzonspor'da


  • Transfer
  • 10:55 05.07.2022
  • Oxunma sayı: 79
Misir millisinin üzvü Trabzonspor'da
Türkiyənin “Trabzonspor” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Qaradəniz təmsilçisi  İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçi Mahmud Trezeqeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Misir millisinin üzvü yeni komandasında 88 nömrəli formanı geyinəcək.
 
“Trabzonspor” bu transfer üçün “Aston Villa”ya 4 milyon avro təzminat ödəyəcəyini bəyan edib. Futbolçunun özü isə ilinə 1 milyon 550 min avro qazanacaq.
 
Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, geridə qalan mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”də icarədə olub.






Transfer