28 oktyabr 2024. Bazar ertəsi

Lilll'dən Nyukasl'a 35 milyonluq transfer


  • Transfer
  • 14:57 05.07.2022
  • Oxunma sayı: 85
Lilll'dən Nyukasl'a 35 milyonluq transfer
Fransanın “Lill” klubu niderlandlı müdafiəçisi Sven Botmanla yollarını ayırıb. Corner.az xəbər verir ki, İngiltərənin “Nyukasl” klubu 22 yaşlı mərkəz müdafiəçini transfer edib.
 
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. İngiltərə klubu bu transfer üçün fransızlara 35 milyon funt-sterlinq ödəyib. Sven Botman yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
 
“Lill” Botmanın yerinə braziliyalı Aleksandro Ribeyronu heyətinə qatıb. Portuqaliyanın “Çaves” klubundan transfer olunan 22 yaşlı futbolçu üçün 2 milyon təzminat ödənilib. O, Fransa klubu ilə 4 illik müqavilə imzalayıb.
 






Transfer