28 oktyabr 2024. Bazar ertəsi

Qəbələ'nin rəqibində növbəti yeni müqavilə


  • Transfer
  • 15:20 05.07.2022
  • Oxunma sayı: 68
Qəbələ'nin rəqibində növbəti yeni müqavilə

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar" futbolçusu Attila Fiola ilə müqaviləni yeniləyib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi kollektiv 32 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə imzalayıb.

Macarıstan millisinin futbolçusu 2016-cı ildən bu komandada çxış edir.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.







Transfer