21 dekabr 2025. Bazar günü

Qəbələ klubu yeni transferini açıqladı


  • Transfer
  • 17:09 05.07.2022
  • Oxunma sayı: 120
Qəbələ klubu yeni transferini açıqladı

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022/2023 mövsümündən komandanın formasını geyinəcək. 25 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Abu-Akal peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.







Transfer