Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Bernli” klubunun hücumçusu Vout Veqhorstu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu 2022/23 mövsümün sonuna qədər “qara-qartallar”ın uğurları üçün çalışacaq.
Vout Veqhorst “Bernli”yə bu ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan 12 milyon funt-sterlinq qarşılığında transfer olunmuşdu. Amma niderlandlı hücumçu bu komandanın heyətində cəmi 20 oyuna çıxıb və 2 qol vurub. Hücumçu Niderland yığmasında da 14 oyuna çıxıb və 3 qola imza atıb.
Yeri gəlmişkən, “Beşiktaş”la müqaviləsinin müddəti başa çatan Kayl Larinin yeni klubu müəyyənləşib. İstanbul təmsilçisinin sabiq yarımmüdafiəçisi bundan sonra Belçikanın “Brügge” klubunda çıxış edəcək. 27 yaşlı futbolçu Belçika klubu ilə 3 illik müqaviləyə imza atıb. “Brügge”yə azad agent kimi keçdiyi üçün kanadalı futbolçu 500 min avro imza pulu alacaq Larin, ilinə isə 1.6 milyon avro qazanacaq.