- Transfer
- 00:12 29.11.2024
Fransa PSJ-sindən ayrılan Anxel Di Mariyanın İtaliyanın "Yuventus" klubuna keçidi rəsmiləşib.
Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
34 yaşlı yarımmüdafiəçi bu həftə Turinə gedərək rəsmi müqavilə imza atacağı gözlənilir.
Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən PSJ-də çıxış edib. Argentina millisinin üzvü Paris təmsilçisində 295 oyun keçirib, 93 qol və 119 məhsuldar ötürmə ilə yadda qalıb