- Transfer
- 00:12 29.11.2024
Rusiyanın "Arsenal" klubu əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevin yeni klubu dəqiqləşib.
Corner.az "Championat" nəşrinə istinadən xəbər verir ki, "Ximki" tezliklə 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq.
"Axmat" da Quliyevi heyətinə cəlb etmək istəyib, lakin transfer reallaşmayıb.
Qeyd edək ki, Moskva "Spartak"ının yetirməsi olan Ayaz Quliyevin "Arsenal"la sözləşməsi 2023-cü ilin iyununda başa çatmalıdır. "Transfermarkt" yarımmüdafiəçiyə 700 min avro qiymət qoyub.