21 dekabr 2025. Bazar günü

Məşhur məşqçi Səudiyyə Ərəbistanı klubunda


  • Transfer
  • 14:27 06.07.2022
  • Oxunma sayı: 111
Məşhur məşqçi Səudiyyə Ərəbistanı klubunda
İngiltərənin “Tottenhem” klubunun sabiq baş məşqçisi Nuno Espirito Santonun yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki,  48 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edəcək.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı çalışdırıcı 2 illik müqaviləyə imza atıb.
 
Nuno Santo daha öncə “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib.






Transfer